Azərbaycanın 20 ildir axtardığı cinayətkar tapıldı - Başqasının pasportu ilə...

azerbaycanin-20-ildir-axtardigi-cinayetkar-tapildi
Oxunma sayı: 3843

İyirmi ildir Rusiyada başqa adla gizlənən Azərbaycandan olan cinayətkar dəstənin lideri Moskvada saxlanılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Cənubi Qafqazdan olan 49 yaşlı şəxs Azərbaycanda törətdiyi soyğun, adam oğurluğu və banditizmə görə beynəlxaq axtarışa verilmişdi. 

O, SSRİ vətəndaşı olmuş birinin pasportundan istifadə edərək 1997-ci ildən bəri cinayət məsuliyyətindən yayınıb. Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, bu adda və əlamətlərdə Azərbaycanda yaşayan şəxs tamamilə başqa biridir. 

Həmin şəxsin kirayə qaldığı evdə axtarış aparılan zaman İJ-70 döyüş tapançası, “Brauninq”, 23 patron, həmçinin Qazaxıstan vətəndaşının saxta pasportu tapılıb. 

***

Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə bildirilib ki, saxlanılan şəxs Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Akif Rüstəmovdur.