Azərbaycanın adambaşına düşən neft gəlirləri azalıb

azerbaycanin-adambasina-dusen-neft-gelirleri-azalib-
Oxunma sayı: 686

“Qafqazinfo”nun məlumatına görə, son 10 ildə isə Azərbaycanın adambaşına düşən neft gəlirləri təqribən 74 dəfə artıb. İqtisadçı Kənan Aslanlı bilidirib ki, ötən il adambaşına düşən neft gəlirlərinin azalması ölkədə neft hasilatının 2011-ci ilə nisbətən 5.3% azalması ilə bağlıdır. Ümumiyyətlə isə 2011-ci il Azərbaycanın son 10 illik tarixində adambaşına düşən neft gəlirlərinin maksimum səviyyəyə çatdığı il olub. Kənan Aslanlı bu göstərici üzrə Azərbaycanı bəzi OPEC üzvü olan neft hasilatçısı ölkələr ilə də müqayisə etmişdir. O qeyd edib ki, Azərbaycan 2012-ci ilin dekabr ayına adambaşına düşən neft gəlirlərinə görə OPEC üzvü olan ölkələrdən Əlcəzair (1614 ABŞ dolları), İran (938 ABŞ dolları), Ekvador (620 ABŞ dollar) və Nigeriyanı (551 ABŞ dolları) qabaqlayır. Bununla yanaşı, OPEC üzvü olan Səudiyyə Ərəbistanı (9645 ABŞ dolları), Liviya (6910 ABŞ dolları), Anqola (4609 ABŞ dollar), İraq (2415 ABŞ dollar) və Venesuala (1942 ABŞ dolları) kimi ölkələrdən isə geri qalırıq.