Azərbaycanın bəzi şirkətlərində kibertəhlükəsizlik üzrə işlər gücləndirilir

azerbaycanin-bezi-sirketlerinde-kibertehlukesizlik-uzre-isler-guclendirilir
Oxunma sayı: 886

“Kasperski Laboratoriyası” Azərbaycanın neft-qaz sənayesi şirkətlərinin texniki işçiləri üçün kibertəhlükəsizlik üzrə məşğələlər təşkil edəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə “Kasperski Laboratoriyası”nın kritik infrastrukturun təhlükəsizliyi biznesinin inkişafı üzrə direktoru Andrey Suvorov deyib.

Onun sözlərinə görə, sənaye kibermüdafiəsinin təmin olunması prosesi kifayət qədər qəlizdir, çünki sistemin tətbiq olunmasına qədər müəssisənin işi ilə tanış olmaq vaxt tələb edir.