Azərbaycanın bəzi torpaqları geri qaytarılacaq - Nalbandyandan şok açıqlama

azerbaycanin-bezi-torpaqlari-geri-qaytarilacaq
Oxunma sayı: 6120

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi çərçivəsində Azərbaycanın işğal edilmiş bəzi əraziləri geri qaytarıla bilər.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ötən gün bu ölkənin XİN rəhbəri Edvard Nalbandyan forumda sualları cavablandırarkən deyib:

“Söhbət təhlükəsizlik baxımından Qarabağa təhdid yaratmayacaq ərazilərdən gedir. Əgər digər təfərrüatları açıqlasam, danışıqlar davam edə bilməz”.