“Azərbaycanın bunda hər hansı haqqı yoxdur”

azerbaycanin-bunda-her-hansi-haqqi-yoxdur
Oxunma sayı: 641

“Qafqazinfo”nun İran KİV-nə istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla İranın Milli neft kompaniyası çıxış edib. Kompaniya bildirib ki, aşkar edilən yeni qaz yatağı İranının daxili sularına yaxındır və Azərbaycanın bunda hər hansı haqqı yoxdur.

Əlavə edək ki, bu günlərdə İran Xəzərdə yeni qaz yatağı aşkar etdiyini və oradan 50 milyard kub fut qaz əldə etmək niyyətində olduqlarını qeyd etmişdi.
İran prezidenti isə bununla əlaqədar bəyan etmişdi ki, yeni qaz yatağı Xəzər regionunda İranın rolunu artıracaq və bölgədə siyasi və enerji balansını dəyişəcək.

Qeyd edək ki, beş Xəzər dənizi ölkələri –İran, Rusiya , Türkmənistan, Qazaxıstan və Azərbaycan arasında Xəzərin statusu ilə bağlı müəyyən ziddiyyətlər mövcuddur. İran onu beş bərabər hissəyə bölməyi təklif edir.


Səidə