Azərbaycanın diaspor təmsilçisi Türkiyə parlamentinin sədri ilə görüşdü

azerbaycanin-diaspor-temsilcisi-turkiye-parlamentinin-sedri-ile-gorusdu
Oxunma sayı: 647

Bu barədə “Qafqazinfo”ya Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, Asif Qurban bildirib.

“Görüşdə bir çox məsələlər müzakirə olundu və xüsusilə, uydurma “erməni soyqırımı” da daxil olmaqla, soyqırımların inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin Fransa parlamentinin aşağı palatasında qəbul edilməsinə qarşı Türkiyə və dünyada fəaliyyət göstərən Azərbaycan diasporunun sərt təpkisi və s. kimi məsələlər müzakirə mövzusu oldu.

Cəmil Çiçək isə bu məsələdə Azərbaycanın xalqının sona qədər Türkiyəni dəstəkləməsi onlarda məmnunluq hissi yaratdığını və bu hadisələrin iki xalq arasında birlik, bütövlüyün daha da güclənməsinə təsir etdiyini çatdırıb”,- deyə Asif Qurban qeyd edib.


Elnur Eltürk