Azərbaycanın dövlət müşaviri arxiyepiskopla görüşdü

azerbaycanin-dovlet-musaviri-arxiyepiskopla-gorusdu
Oxunma sayı: 1078


 “Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılıb, ölkədə sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanıb.

Dövlət müşaviri ölkə rəhbərliyinin dövlət-din münasibətləri sahəsinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışıb.

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşı, o cümlədən pravoslav xristian icması üçün Azərbaycanda mövcud olan demokratik-hüquqi və mədəni-mənəvi şəraitə görə Azərbaycan xalqına, dövlətimizin başçısına minnətdarlığını bildirib.