Azərbaycanın ən dəbli xanımlarının gecəsi... - Fotolar

Azərbaycanın ən dəbli xanımlarının gecəsi...
Oxunma sayı: 9930

Məşhur türkiyəli modelyer Zeyneb Kartal 2017-ci ilin yaz-qış kolleksiyasını London Moda Həftəsindən sonra Bakıda təqdim edib.

Qafqazinfo” xəbər verir ki, Kartal 30 geyimdən ibarət “Costance” adlı kolleksiyasını Azərbaycanın dəbli xanımlarına nümayiş etdirib.

Dəfilənin finalında özəl olaraq hazırlanan “Bahar qızı” adlı geyim göstərilib. Həmin kolleksiya modelyer Günel Hümbətovanın təşkilatçılığı ilə baş tutub. 

Elə Günel Behbudova da dəstək üçün podiuma çıxıb. Kolleksiyalarda Briz və Lion Dimond aksessuarlarından istifadə olunub.

Moda nümayişinin aparıcıları İlkin Kavukçu və Zamiq Hüseynov olub. Dəbli gedəcə əməkdar artist Tünzalə Ağayeva podiuma çıxıb, izləyicilər üçün üç mahnı ifa edib.

Dəfilədən öncə “15 Temmuz Fotoqraf Sərgisi” təqdim olunub. Fotolarda qəhrəmanlıq hekeayələri əks olunub.

Moda gecəsində Azərbaycan və Türkiyənin siyasi üzvləri, incəsənət dünyasının tanınmış simaları və stilistlər iştirake dib.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov























Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi