“Azərbaycanın ərazi bütövlüyü referendum mövzusu ola bilməz”- - Davudoğlu

azerbaycanin-erazi-butovluyu-referendum-movzusu-ola-bilmez-
Oxunma sayı: 1686


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu canlı yayımda, Krım Tatar Milli Məclisinin keçmiş sədri Kırımoğlu ilə keçirdiyi mətbuat konfransında deyib:

“Türk millətinin və dövlətinin Krım tatar türklərinə dəstəyi hər zaman davam edəcək. Krım bizim üçün dost bir ölkənin parçasıdır, tatar türklərinin mövcudluğu baxımından çox önəmlidir. Dünən baş tutan referendumun azad referendum kimi dəyərləndirilməsi mümkün deyil . 

Ukrayna xalqı və Ukraynanın bir parçası olan Krım tatar xalqı Ukraynanın azad dövlət olması üçün mübarizə aparmaqdadır. 

Rusiyanın da imzası olan 1994-cü il sazişinə görə bu referendum qanuni deyil”.