Azərbaycanın etiraz etdiyi dəmiryol xəttinə - Yaşıl işıq

azerbaycanin-etiraz-etdiyi-demiryol-xettine-yasil-isiq
Oxunma sayı: 664

"Qafqazinfo"nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, baş nazir bir sıra problemlərin həllindən sonra bunun mümkün ola biləcəyioni deyib: "Hesab edirəm ki, bu mümkündür..Siz bilirsiniz ki, Gürcüstan və Ermənistan arasındakı münasibətlərdə problem yoxdur. Lakin bizim Rusiya ilə əlaqələrimizdə böyük problemimiz var. Problemlər çox böyük idi və təəssüf ki, hələ də qalır. Biz ümid edirik və çalışırıq ki, mümkün qədər tez Rusiya ilə əlaqələri bərpa edək və nizamlayaq".

O həmçinin qeyd edib ki, dəmir yol xəttinin bərpası ümumi problemlərlə bağlıdır və məsələyə bu konteksdə baxılacaq: "Mən düşünürəm ki, əgər bütün tərəflərdən təşəbbüs olsa, bu məsələlər tez həll oluna bilər. Gürcüstan tərəfi hazır olduğunu bəyan edir".

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakarieşvilinin Gürcüstanın separatçı Abxaziya bölgəsindən keçən Rusiyaya gedən dəmir yolunun açılmasını gündəmə gətirmişdi. Əgər bu dəmir yolu açılsa, Rusiyadan Ermənistana dəmir yoluyla yüklərin daşınması xeyli asanlaşacaq. Abxaziyadan keçən və Rusiya ilə Ermənistanı birləşdirən dəmir yolu 20 il əvvəl bu regiondakı münaqişə ilə bağlı bağlanıb. Məsələ ilə bağlı Azərbaycan tərəfi etirazını da ifadə etmişdi.