Azərbaycanın hərbi qulluqçusu həlak oldu

azerbaycanin-herbi-qulluqcusu-helak-oldu
Oxunma sayı: 6082

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Bu barədə "Qafqazinfo"ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib

Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!