Azərbaycanın iki məşhuru “Greencard” udub

azerbaycanin-iki-meshuru-greencard-udub
Oxunma sayı: 1922

Ötən həftə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard” lotereyasının nəticələrini açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, budəfəki uduşda 224 Azərbaycan vətəndaşı “Greencard” sahibi olub. 2018-ci ildən etibarən Amerikada yaşamağa şans qazananlar arasından 91-i qadın, 133-ü kişidir.

Əldə etdiyimiz məlumata görə, həmin siyahıda şou-biznesin tanınmış simaları da yer alıb. 

Onlar arasında keçmiş “Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var.  İki məşhurun adları Azərbaycandan "Greencard” udanların tam siyahısınında yer alıb. 

Bundan əlavə, siyahıda Elmir Məhərrəmov və Elariz Məmmədoğlunun olmasını Greencard.az-ın rəhbəri Röyal Cəfərov "Qafqazinfo"ya təsdiqləyib.