Azərbaycanın ilk Taksit kartı “Extra Card”ın Türkiyədə təqdimatı olub

azerbaycanin-ilk-taksit-karti-extra-cardin-turkiyede-teqdimati-olub
Oxunma sayı: 692

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu il "Dünya Ödəniş Texnologiyalarını Danışır" mövzusu ilə həyata keçirilən konfransda ödəmə texnologiyaları ilə bağlı ən son yeniliklər iştirakçılarla bölüşülüb.

Konfransda Azərbaycan Sənaye Bankı İdarə Heyətinin üzvü cənab Cenk Bartın tərəfindən “MBD ölkələrində iqtisadi inkişaf və Azərbaycanın ilk Taksit kartı - Extra Card” başlıqlı təqdimat edib. Bartın çıxışında “Extra Card” layihəsi haqqında ətraflı məlumat verib. Cardtek Grup Şirkətlərindən Smartsoft Şirkəti və Mastercard ilə birlikdə ölkədə ilk dəfə online rejimdə işləyən kartlı ödəmə sisteminin Azərbaycan bank sisteminə adaptasiyasının uğurlu şəkildə həyata keçirildiyini və layihənin dünya üzrə nümunə bir layihə olduğunu xüsusilə vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Sənaye Bankının 5 iyul 2012 tarixində ictimaiyyətə təqdim etdiyi Extra Card-la artıq müxtəlif sektorlardan 150-ə yaxın xidmət və alış-veriş məntəqəsi əməkdaşlıq edir. İctimaiyyətə təqdim olunmasından üç ay kimi qısa müddət keçməsinə baxmayaraq əhali arasında böyük marağa səbəb olan Azərbaycanın ilk taksit kartı Extra Card 10.000-ə yaxın kart istifadəçilərinin sayını ve partnyor şəbəkəsini artırmağa davam etməktədir.

Extra Card istifadəçiləri partnyor olan alış-veriş və xidmət məntəqələrindən xidmətin və ya məhsulun dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və %10-ə qədər bonuslar qazanmaq imkanı əldə edirlər.

Həmçinin “Extra Card” ilə ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı, hər növ kommunal və rabitə ödənişlərini də asanlıqla həyata keçirilə bilər.

“Extra Card”ı əldə etmək üçün ən yaxın ASB Bank filialına və ya www. extracard. com veb saytına müraciət edə bilərsiniz. Həmçinin 137 nömrəsinə zəng edərək partnyorlar və şərtlər haqqında daha ətraflı məlumat almaq olar.

“Azərbaycan Sənaye Bankı” 1996-cı ildən fəaliyyətə başlayıb. 2012-ci ilin sentyabr ayının 1-nə bankın aktivlərinin həcmi 153. 152 mln. manat, depozit portfeli 79. 918 mln. manat, kredit portfeli 129.204 mln. manat, nizamnamə kapitalı 28. 000 mln manat təşkil edir. Bankın respublika üzrə 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 582 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 28. 077-dən, cəmi müştərilərinin sayı isə 47. 000–dən çoxdur.