“Azərbaycanın İntellektual Birincisi” başlayır

azerbaycanin-intellektual-birincisi-baslayir
Oxunma sayı: 1665

Azərbaycan İntellektual Birincisi layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. 

Birlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin həyata keçirilməsini nəzərdə tutub. 

Qeyd edək ki, gənclərin bilik və bacarıqlarını qiymətləndirəcək və onların intellektual fəaliyyətinə yardımçı olacaq layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub. 2017-cı ildə planlaşdırılan layihə 2 mərhələdən ibarət olacaqdır. Belə ki, hər iqtisadi rayon üzrə komandaların seçim turu keçiriləcəkdir. Bu mərhələdə 4 intellektual yarış  (Xəmsə, Nə? Harada? Nə zaman?, Axtar tap, Vətəni Tanı)  növü üzrə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaqlar. Hər şəhər(rayon) üzrə maksimum 1 komanda yarışda iştirak edə bilər. 9 iqtisadi rayon üzrə ümumilikdə 70 şəhər (rayon)-u əhatə edən “Azərbaycanın İntellektual BİRincisi” layihəsi çərçivəsində 1000-dən artıq gəncin iştirak etməsi nəzərdə tutulur.