“Azərbaycanın İsraildən aldığı silah 1,5 milyard dollar həcmindədir”

azerbaycanin-israilden-aldigi-silah-15-milyard-dollar-hecmindedir
Oxunma sayı: 649

“Azərbaycanın bəzi tribunlarında Qarabağ problemini dini konflikt kimi göstərməyə çalışır”. “Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri prezident Serj Sarkisyan Livan parlamentariləri ilə görüş zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan Qarabağ münaqişəsinin mahiyyətini təhrif etmək üçün müxtəlif beynəlxalq strukturlarda yalan məlumat yaymaq və müxtəlif ölkələri yanıltmaq üçün gücünü əsirgəmir:

“Azərbaycan bəzi tribunlarında bu problemi dini konflikt kimi göstərməyə çalışırlar, hansı ki, reallıqla heç bir əlaqəsi yoxdur. Təəssüf edirəm ki, islam həmrəyliyi faktorununda istifadə edərək Qarabağ problemi ilə bağlı təhrif edilmiş mövqe formalaşdırmağa müvəffəq olub”

Parlamentilər ilə görüşdə Sarkisyan Azərbaycanın atəşkəs rejimini pozmaqda ittiham edib: “Təkcə bir misal çəkəcəm. Müxtəlif mənbələrə əsasən, Azərbayacnın İsraildən aldığı silah 1,5 milyard dollar həcmindədir. Heç təsadüf deyil ki, Azərbaycan həmsədrlərin etibarın gücləndirilməsi istiqamətində verdikləri təkliflərdə yardımçı olmur. Məsələn, təmas xəttindən snayperlərin çıxarılması və insidentlərin araşdırılması mexanizminin yaradılması kimi”.

Sarkisyan növbəti dəfə bildirib ki, Azərbaycan hakimiyyəti xalqda ermənilərə qarşı nifrət aşılayır: “Əks təqdirdə Azərbaycan prezidentinin “bütün dünyada yaşayan ermənilər Azərbaycanın bir nömrəli düşmənidir” bəyanatını xarakterizə etmək olar? Bu yüksək tribunadan mən bütün məsuliyyəti ilə bəyan edirəm ki, dünyada elə bir xalq yoxdur ki, Ermənistan və ermənilər onlara nifrət etsinlər...

Nəticədə nə Ermənistan, nə də Azərbaycan regionu tərk etmək istəmir. Bu səbəbdən də sülh və çiçəklənən Cənubi Qafqazın perspektivi seçim deyil, tələblə olmalıdır”.