Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara müraciət etdi

azerbaycanin-kuveytdeki-sefirliyi-vetendaslara-muraciet-etdi
Oxunma sayı: 1735

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, müraciətin mətni səfirliyin “Facebook” səhifəsində yerləşdirilib. 

Səfirlik vətəndaşları 14, 15, 16 noyabr 2018-ci il tarixlərində Küveytdə hava şəraitinin dəyişkən olması və güclü yağışların yağması səbəbi ilə ehtiyatlı olmağa çağırıb, hər hansı çətinlik olduğu təqdirdə, səfirlik əməkdaşları ilə əlaqə saxlamağı tövsiyə edib.