Azərbaycanın layihəsi Avropada “ən uğurlu” hesab edildi

azerbaycanin-layihesi-avropada-en-ugurlu-hesab-edildi
Oxunma sayı: 640

ARGTMŞ-ın mətbuat xidətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Belçikanın paytaxtı Brüsseldə keçirilən tədbirdə iştirak etmiş Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Humanitar və Sosial Məsələlər üzrə departamentinin sədri Əligül Ağayev bildirib ki, işçi qrupunda Cənubi Qafqaz və Türkiyə regionundan seçilmiş yeganə təmsilçi olub.

Ə.Ağayev qeyd edib ki, hesabat görüşündə Azərbaycanla yanaşı Avstrya, İngiltərə, Litva, Estoniya və digər ölkələrin gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər.

İştirakçı ölkələr ötən iclasda müzakirə edilən və praktiki şəkildə həyata keçirilən tədbirlərin hesabatını verib.

Qeyd edək ki, iştirakçı ölkələr arasında yalnız Azərbaycan və Litvanın həyata keçirdiyi layihələr ən uğurlu hesab edilib.


Sədan