“Azərbaycanın müstəqil siyasəti qəbul olunur”

“Azərbaycanın müstəqil siyasəti qəbul olunur”
Oxunma sayı: 1531

“Bu görüş Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Azərbaycan həm ABŞ, həm də Rusiya dövlətləri ilə yaxın dostluq münasibətləri qurub, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini genişləndirib”.

Qafqazinfo” xəbər verir ki, bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov Bakıda keçirdiyi görüşü şərh edərkən deyib. O, bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri var: “Bu görüş Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının, ona böyük hörmətlə yanaşıldığının, etimad göstərildiyinin təzahürüdür. Görüşün Azərbaycanda keçirilməsində Azərbaycanda olan ictimai-siyasi sabitlik, prezidentin siyasi iradəsi, ABŞ və Rusiya dövlətləri ilə olan əməkdaşlığımız, hər iki tərəfin Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın gücü, prezidentin müstəqil siyasi kursu haqqında məlumatlı olması xüsusi əhəmiyyət daşıyır və böyük rol oynayır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi