Azərbaycanın namizədi İƏT-də komissiyaya üzv seçilib

Azərbaycanın namizədi İƏT-də komissiyaya üzv seçilib
Oxunma sayı: 686

Bu ilin 1-2 mart tarixlərində Abu-Dabidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvlüyünə seçkilər baş tutub.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, qruplar üzrə keçirilən seçkilərdə ölkəmizin də təmsil olunduğu Asiya qrupu üçün müəyyən olunmuş 3 vakant yerə 5 ölkənin, o cümlədən ölkəmizin namizdəliyi irəli sürülüb.

Seçkilər zamanı Azərbaycan namizədliyi mövcud 3 vakant yerə seçilmiş ölkələr arasında ən çox səs toplayan (Azərbaycan, Pakistan və Malayziya) tərəf olub. Nəticədə Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkilin Aparatının rəhbəri Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi