Azərbaycanın Sosialist Əməyi Qəhrəmanı vəfat etdi

azerbaycanin-sosialist-emeyi-qehremani-vefat-etdi
Oxunma sayı: 7144

Azərbaycanın Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev oktyabrın 1-də vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədəd Modern.az-a mərhumun yaxınları məlumat veriblər.

Ö.Ağayevin cənazəsi dəfn olunmaq üçün Bakıdan doğulduğu kəndə - Şamaxının Təklə kəndinə aparılıb.

Ömər Ağacahangir oğlu Ağayev 1928-cı ildə Şamaxının Təklə kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildən başlayıb. 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışıb. 

1959-cu ildən Sov.İKP üzvü olub. 1960-cı ildən çalışdığı müəssisədə briqada rəhbəri olub. AKP 28 və 29-cu qurultaylarında AKP MK-nın üzvü seçilib.

Sov.İKP 22 və 25-ci qurultaylarının nümayəndəsi olub. 3 yanvar 1974-cü ildə sənayenin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordenləri ilə təltif olunub.