Azərbaycanın sürüşməyə meylli ərazilərinin adları açıqlanıb

azerbaycanin-surusmeye-meylli-erazilerinin-adlari-aciqlanib
Oxunma sayı: 643

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə institutda 2011-ci ilin yekunlarına həsr olunan konfransda bildirib. A. Əlizadə Azərbaycanın sürüşməyə meylli ərazilərinin adlarını da açıqlayıb. Onun sözlərinə görə, bu ərazilər Bakı-Abşeron, Mingəçevir, Lənkəran-Talış zonası, Böyük Qafqazın cənub yamacıdır.

İnstitut direktoru deyib ki, bunlar Azərbaycanın geoloji baxımdan zəif nöqtələridir və bu nöqtələrin hər birinin sürüşmə xəritələrinin hazırlanması çox vacibdir: “Sürüşmələr daha çox geoloji mühitdən asılı olaraq yaranır. Yağış suları, insan faktoru, texnogen amillər də buna təsir edir”.