“Azərbaycanın taleyini Azərbaycan xalqı həll edəcək”

azerbaycanin-taleyini-azerbaycan-xalqi-hell-edecek-
Oxunma sayı: 642

Həmin məqalədə Tarasov bir sıra məqamlara toxunub. Onun qənaətinə əsasən, Vaşinqton Orta Şərqdə işlərini tamamlamaqdadır: “Onun İranla müharibə etmək fikri yoxdur. Uzun sürən danışıqlar, çoxgedişli kombinasiyalar vasitəsilə İranı beynəlxalq izolyasiyadan və eneri blokadasından çıxaracaqlar. Bu, öz növbəsində Azərbaycanı həm enerji, həm də geosiyasi baxımdan marginallaşdıracaq. Azərbaycan hər tərəfdən təzyiqlərlə üzləşəcək. Gürcüstanda Qərb Saakaşvilinin getməsinə razılıq verdisə, nədən İlham Əliyev narahat olmasın ki?”.

Rusiyalı politoluqun proqnozları ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə “Qafqazinfo”ya açıqlama verib. Onun sözlərinə görə, Saakaşvili konstitusiyanın tələbinə uyğun olaraq onsuz da hakimiyyətdən getməli idi: “Nahaq yerə Rusiya bunu Amerikanın boynuna yıxmasın. Mən əvvəllər də qeyd etmişəm ki, Amerikanın İranla müharibə etmək fikri yoxdur. O SSRİ kimi İranın da yavaş-yavaş daxilindən parçalayacaq”.

Vəfa Quluzadə eyni zamanda Tarasovun İlham Əliyevlə bağlı şərhlərinə də münasibət bildirib. Onun sözlərinə görə, Rusiya indiyə kimi İlham Əliyevin namizədliyini dəstəkləyib: “Amma son günlər Rusiya ilə əlaqələr gərginləşdiyinə görə, bundan imtina edirlər. Təxribat fikirli məqalələr yazırlar. Tarasov qeyd edir ki, ABŞ Azərbaycanda demokratik dəyişikliyin edilməsinə və hakimiyyətin dəyişilməsinə çalışır. Bu məsələni də ABŞ-ın boynuna yıxmaq olmaz. Azərbaycanın taleyini Azərbaycan xalqı həll edəcək”.

Günel