Azərbaycanın tanınmış mühəndisi vəfat edib

azerbaycanin-taninmis-muhendisi-vefat-edib
Oxunma sayı: 2372

Tanınmış ictimai xadim, Azərbaycan neft emalı sənayesinin təşkitalçılarından biri, Əməkdar mühəndis Akimov Kamil Əlisoltan oğlu 92 yaşında Bakıda vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub.

1947-ci ildə Bakı Neft Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb.

Kamil Akimov 1967-ci ildə Azərbaycanın neftayırma sənayesi nazirinin 1-ci müavini, 1970-ci ildə isə neftayırma sənayesi naziri təyin edilib. 1970-80-ci illərdə Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə neftayırma zavodlarında aparılan yenidənqurma işlərində Kamil Akimovun xüsusi xidmətləri var.

Kamil Akimov 1970-80-ci illərdə neft emalı sənayesində göstərdiyi xidmətlərə görə “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, Azərbaycan respublikası Ali Sovetinin Fəxri Fərmani ilə təltif edilib, 2 çağırışda Ali Sovetin deputatı seçilib.

Allah rəhmət etsin!