Azərbaycanın tanınmış rejissoru vəfat etdi

azerbaycanin-taninmis-rejissoru-vefat-etdi
Oxunma sayı: 5637


“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Qeyd edək ki, H.Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra Azərbaycan Dövlət Dram Teatrında işləyib.

1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. 1991-ci ildən “Rimur” müstəqil kinokompaniyasının rəhbəri idi.

H.Fətullayev “Qırmızı qatar” və “Müqəddəs odda yanaram” (G.Əzimzadə ilə birgə) filmlərinin quruluşçu rejissorudur.