Azərbaycanın tanınmış şirkəti satılır

azerbaycanin-taninmis-sirketi-satilir
Oxunma sayı: 1561

Məşhur "Dalğa","Balıqçı" və "Yelkən" brendləri sahibi olan “M.Ş.” MMC şirkəti satışa çıxarılıb.

 “Qafqazinfo”  “Marja.az”a istinadən  xəbər verir ki, şirkət balıq istehsalı və satışı ilə məşğuldur. Keyfiyyəti ilə hər zaman öndə olan "Dalğa" - ilk milli balıq brendidir. İstehsal ənənəvi üsulla aparılır və məhsullar alman avadanlıqları ilə qablaşdırılır. 

Müəssisənin hər 3 brend üçün müəlliflik hüququ və sertifikatı vardır.
 
Şirkətin sahibi bildirdi ki, müəssisə 10 milyon manata satılır. Real alıcı ilə qiyməti müzakirə etmək mümkündür.