Azərbaycanın Tehrandakı səfirliyində iftar süfrəsi

azerbaycanin-tehrandaki-sefirliyinde-iftar-sufresi-
Oxunma sayı: 642


“Qafqazinfo”nun “AzərTAc”a istinadən verdiyi məlumata görə, mərasimə İranın Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvləri, İran Ticarət Palatasının və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və ziyalılar qatılıblar.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov tədbirdə çıxış edərək Azərbaycanda dövlət tərəfindən dini dəyərlərə xüsusi önəm verildiyini bildirib. Diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakıda Əjdərbəy məscidi, Gəncədə İmamzadə kompleksi, 743-cü ildə tikilmiş Şamaxı cümə məscidi bərpa olunub. Bu məscidlərdə insanlara İslamın sülh və humanizm dini olduğu aşılanır, müqəddəs Qurani-Kərimin fəzilətləri öyrədilir. Hazırda Bakıda Cənubi Qafqazın ən böyük məscidi inşa edilir. Bu məsciddə dörd min nəfər eyni zamanda ibadət edə biləcək.

Dini tolerantlıqdan danışan səfir deyib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri qarşılıqlı hörmət və mehribanlıq şəraitində yaşayırlar.

Tədbir iftar süfrəsi arxasında səmimi söhbətlə davam edib.