Azərbaycanın təşəbbüsü ilə beynəlxalq toplantı

Azərbaycanın təşəbbüsü ilə beynəlxalq toplantı
Oxunma sayı: 1424

“Etnik separatizm nəticəsində yaranan münaqişələrin 20-dən çox hərbi toqquşmalarla müşahidə olunur”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Brüsseldə Azərbaycanın təşəbbüsü ilə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” forumunda deyib:

“Etnik münaqişələrin yayıldığı coğrafiya demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, İspaniya və Kataloniya, Serbiya ilə Kosova, Asiyada İsraillə Fələstin, Hindistanla Kəşmir və Pəncab, Çində Tibet , Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanda Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek və sair arasındakı etnik münqaqişələr uzun illərdir ki, bəşəriyyəti təhdid etməkdədir. Soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyllərinin yaranmasının yeni dalğasının yaranması meydana gəlib. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr, regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrilib. Bu münaqişələr beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxardı.

Bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biri hesab edilir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etməməyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinə və prinsipiallığına kölgə salır. Buna görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün öz səylərini artırmalıdırlar. 

Erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycan ərazisində yaratdığı qondarma Dağlıq Qarabağ rejiminin fəaliyyəti beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla beynəxalq hüquq prinsiplərini təmin etmək missiyasını yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri hələ də seyrci mövqe tutmaqda davam edirlər”. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi