“Azərbaycanın tolerantlıq modeli Avropa üçün önəmlidir”

azerbaycanin-tolerantliq-modeli-avropa-ucun-onemlidir
Oxunma sayı: 696

 

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ATƏT-in Azərbaycanda layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib. 

Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün yaradılan şəraitin yaradılması barədə ATƏT rəsmisinə məlumat verib. Eyni zamanda  dini abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində böyük qayğının olduğunu vurğulayıb. 

Aleksis Şahtaxtinski ATƏT-in tolerantlıqla bağlı müxtəlif  layihələrinin olduğunu diqqətə çatdırıb. Qeyd edib ki,  Azərbaycanın mövcud tolerantlıq modeli Avropa üçün önəm kəsb edir. ATƏT rəsmisi gələcəkdə də bu təcrübənin təşviq edilməsi istiqamətində birgə tədbirlərin keçirməsinin əhəmiyyətli olacağını diqqətə çatdırıb. 

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Murad Əhməd