Azərbaycanın üç cüdoçusu Qran-Pri finalında

azerbaycanin-uc-cudocusu-qran-pri-finalinda
Oxunma sayı: 1328

Daşkənddə cüdo üzrə Qran-Pri yarışları davam edir.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 11-də keçirilən yarışlarda milli komandamızın üzvlərindən İrina Kindzerska (78 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) finala vəsiqə qazanıblar.

Turnirə 11 cüdoçu (8 kişi və 3 qadın) ilə qatılan komandamızın heyətində Nicat Şıxəlizadə bürünc medala sahib olub.