Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı bir sıra ölkələrlə ikitərəfli danışıqlar keçirilib

azerbaycanin-utt-ye-uzvluyu-ile-bagli-bir-sira-olkelerle-ikiterefli-danisiqlar-kecirilib-
Oxunma sayı: 634

XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi çərçivəsində Avropa İttifaqı, Ekvador, İsveçrə, Braziliya və Çin ilə ikitərəfli danışıqlar keçirmişdir.

Eyni zamanda BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ilə məsləhətləşmələr aparılmış və Cenevrədə yerləşən Ticarət və Davamlı İnkişaf üzrə Beynəlxalq Mərkəz (İCTSD) ilə ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müzakirələr aparılmışdır.

Bununla yanaşı, nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar ilə əməkdaşlığı çərçivəsində, bir qrup BMT üzv-dövlətlərinin Cenevrədə akkreditə olunan nümayəndəliklərinin başçıları ilə də ikitərəfli formatda görüşlər keçirmişdir.