Azərbaycanın xalq artisti öldü

azerbaycanin-xalq-artisti-oldu
Oxunma sayı: 5877

Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov dünyasını dəyişib.

"Qafqazinfo"  APA-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov verib.

O bildirib ki, K. Vəzirovla vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşdirilir.

Allah rəhmət eləsin!