Azərbaycanın xalq artisti vəfat etdi

Azərbaycanın xalq artisti vəfat etdi
Oxunma sayı: 6704

Görkəmli kino xadimi, xalq artisti, prezident təqaüdçüsü, kinorejissor Tofiq İsmayılov dünyasını dəyişib.

“Qafqazinfo”nun salamnews.org-a istinadən məlumatına görə, Tofiq İsmayılov uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakıda qulluqçu ailəsində anadan olub. M.A.Əliyev adına Teatr İnstitutunun əvvəlcə aktyorluq, sonra rejissorluq fakültələrində oxuyub. Moskvada kino rejissor və ssenaristlərinin ikiillik ali kurslarında təhsil alıb.

"Azərbaycanfllm" studiyasında bədii fılmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim işləyib.

1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində işləyib.

2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dillərində nəşr olunub. 100-ə yaxın elmi-publisistik məqaləsi var.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi