Azərbaycanın xalq artisti vəfat etdi

azerbaycanin-xalq-artisti-vefat-etdi
Oxunma sayı: 7616

Xalq artisti, Dövlət mükafatı laureatı Gülcahan Güləhmədova-Martınova vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.Az-a Səməd Vurğun adına Rus Dram teatrından məlumat verilib.

Məlumata görə, o, xəstəlik nəticəsində, 92 yaşında dünyadan köçüb.

Qeyd edək ki, Martınova həmin teatrda 30 il quruluşçu rejissor olaraq çalışıb.