Azərbaycanın Xorvatiyadakı yeni səfirinin adı - Açıqlandı

azerbaycanin-xorvatiyadaki-yeni-sefirinin-adi
Oxunma sayı: 3718

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Kamil Xasiyevin Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə bu posta Fəxrəddin İsa oğlu Qurbanov təyin olunub.

Qeyd edək ki, F. Qurbanov Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri olub. O, prezident İlham Əliyevin 2014-cü ilin iyulunda imzaladığı sərəncamla geri çağırılıb.