“Azərbaycanla əlaqələrin inkişafı üçün səylərimi əsirgəməyəcəm”

“Azərbaycanla əlaqələrin inkişafı üçün səylərimi əsirgəməyəcəm”
Oxunma sayı: 273

Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycana yeni təyin olunan səfiri Serxio Osvaldo Perez Qunellanı qəbul edib.

XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə nazir Azərbaycanla Argentina arasında münasibətlərin inkişaf etdiyini qeyd edərək, gələcəkdə tərəflər arasında əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Məmmədyarov xüsusilə iqtisadi, ticarət və turizm kimi sahələrdə əlaqələrin irəli aparılması baxımından perspektivlər mövcud olduğunu vurğulayıb.

Cari ilin oktyabrında keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitinə Argentinanı müşahidəçi qismində dəvət edildiyini vurğulayan XİN rəhbəri bu tədbirdə Argentina tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar oduğunu qeyd edib.

Səfir Serxio Osvaldo Perez Qunella ölkəsinin bütün sahələrdə, xüsusilə iqtisadi müstəvidə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində ticarət əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi