“Azərbaycanla görüşü heç vaxt unutmayacam”

“Azərbaycanla görüşü heç vaxt unutmayacam”
Oxunma sayı: 942

Antalyada keçirilən yoxlama oyununda Azərbaycan millisi ilə qolsuz bərabərə qalan Moldova yığmasının hücumçusu Vitali Damaşkan matçla bağlı fikirlərini bildirib.

 "Qafqazinfo" xəbər verir ki, bu yaxınlarda İtaliya "Torino"suna transfer olunan, ancaq bir müddət də "Şerif"in şərəfini qoruyacaq gənc hücumçu, millimizlə matçda Moldova yığmasında debüt edib. O, millimizi top-səviyyəli komanda adlandırıb:

"Sübut etdik ki, top-səviyyəli komanda ilə oynaya bilərik. Matçın gözəl alındığından əminəm. Ancaq bununla qane olmuram. Əminəm ki, daha çoxunu və yaxşısını bacararam".

Damaşkan millimizə qarşı keçirdiyi matçı unutmayacağını sözlərinə əlavə edib: “Bu, mənim millidə debüt oyunum idi. Buna görə də Azərbaycanla görüşü heç vaxt unutmayacam. Daim xoş xatirə kimi yaddaşımda qalacaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi