Azərbaycanla Gürcüstanın sərhəd məsələsi Bakıda müzakirə olunacaq

azerbaycanla-gurcustanin-serhed-meselesi-bakida-muzakire-olunacaq
Oxunma sayı: 1206

Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın növbəti iclası Bakıda keçiriləcək. Bu barədə “Qafqazinfo”ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası bu ilin 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək.