“Azərbaycanla İsrail arasındakı dostluq münasibətlərinin inkişafı...”

azerbaycanla-israil-arasindaki-dostluq-munasibetlerinin-inkisafi
Oxunma sayı: 836

Prezident İlham Əliyev israilli həmkarı Reuven Rivlinə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah arzulayıram”.