Azərbaycanla Rusiya arasında 1 milyardlıq silah alveri

azerbaycanla-rusiya-arasinda-1-milyardliq-silah-alveri
Oxunma sayı: 3736

Rusiya Azərbaycanı kütləvi silahlandırmağa başlayıb. “Qafqazinfo”nun “Vedomosti” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən olan mənbə məlumat verib. Mənbənin sözlərinə görə, söhbət üç batalyon (94 ədəd) T -90C tankından, təxminən üç batalyon (təxminən 100 ədəd) piyada döyüş maşınları BMP- 3, bir divizion (18 ədəd) özüyeriyən artilleriya “Msta-C”,  1 divizion (18 işəsalma qurğuları) yaylım atəşinin reaktiv sistemləri olan “Smerç”, 1 divizion (18 ədəd) “Vena” özüyeriyən toplarından gedir. 

Mənbə Rusiya ilə Azərbaycan arasında bağlanan sazişin ümumi dəyərinin 700 milyon və yaxud təxminən 1 milyard dollar olduğunu bildirir.