Azərbaycanla Rusiya Ukraynanı müzakirə edəcək

azerbaycanla-rusiya-ukraynani-muzakire-edecek
Oxunma sayı: 642


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Serey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə deyib: “Bizim müntəzəm danışıqlarımız olur. Bu danışıqlar da nəticəsi olaraq prezidentlərimiz qərarlar qəbul edirlər”. Lavrov həmçinin əlavə edib ki, bu yaxınlarda Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin də Azərbaycana gəlişi gözlənilir. 

Rusiyalı nazir gündəlikdəki mövzuların zəngin olduğunu və xüsusən də həmkarı ilə Ukrayna böhranını müzakirə edəcəklərini əlavə edib.

***

“Rusiya ilə Azərbaycan arasında həll edilə bilməyəcək ağrılı məsələlər yoxdur”. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı ilə keçirdiyi geniştərkibli görüşdə bildirib. 

Hər iki ölkənin XİN rəhbərləri həmçinin təkbətək görüş də keçiriblər. Lavrovun Bakı səfəri çərçivəsində prezindet İlham Əliyevlə də görüşü nəzərdə tutulub.