Azərbaycanla strateji, Ermənistanla sıx

azerbaycanla-strateji-ermenistanla-six
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, Milli Təhlükəsizlik Şurasının katib müavini Batu Kuteliya yeni konsepsiyada 2008-ci il avqust müharibəsindən sonra “dəyişən reallıqlar”ın əks olunduğu qeyd edib. “Gürcüstan təhlükəsizlik siyasətinin əsas istiqamətləri” bölməsində Gürcüstanın Cənubi Qafqazda öz qonşuları ilə əlaqələrinə həsr olunub. Analoji olaraq əvvəlki konsepsiyada olduğu kimi yeni konsepsiyasında Azərbaycanla əlaqələr “strateji” olaraq dəyərləndirilib. Ermənistanla münasibətlər isə sənəddə “sıx əməkdaşlıq” kimi qiymətləndirilib.

Sənəddə həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunularaq bu münaqişənin Gürcüstanın təhlükəsizliyi üçün “çağırış” olduğu qeyd edilib: “Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurmanın yenilənməsi Cənubi Qafqazın hər üç ölkəsinin təhlükəsizliyini zəiflədəcək və Rusiyanın bu regionda siyasi təsirinin artmasına şərait yaradacaq”.

Səidə