“Azərbaycanla ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik” - Zimbabve prezidenti

azerbaycanla-ticaretin-aparilacagi-saheleri-tedqiq-etmek-isteyirik
Oxunma sayı: 1062

“Bizim arzumuz Azərbaycanla Zimbabve arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda səfərdə olan Zimbabve prezidenti Emmerson Mnanqaqva Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə dilə gətirib.

O, çox səmimi qarşılandığı üçün nümayəndə heyəti adından İlham Əliyevə təşəkkür edib və bunları deyib:

“Sizin çox gözəl ölkəniz var. Biz ilk dəfədir ki, sizin ölkənizə səfər edirik. Azərbaycanda artıq şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik”.