Azərbaycanla Türkiyə aviasiya mütəxəssislərinin hazırlanmasında əməkdaşlıq edəcək

azerbaycanla-turkiye-aviasiya-mutexessislerinin-hazirlanmasinda-emekdasliq-edecek
Oxunma sayı: 1248

Türkiyə səfirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, protokolu Anadolu Universiteti adından universitetin rektoru Davud Aydın və Azərbaycan Milli Aviasiya Akademiyası tərəfindən isə akademiyanın rektoru Arif Paşayev imzalayıb. Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə imzalanan protokola əsasən Anadolu Universitetinin Mülki Aviasiya Akademiyası və Azərbaycan Milli Aviasiya Akademiyası arasında tələbə və müəllim mübadiləsi həyata keçiriləcək. Əməkdaşlıq protokolu ilə aviasiya sahəsində ortaq araşdırma layihələrinin həyata keçirilməsi, Avropa Aviasiya Təhlükəsizlik Agentliyi və Boloniya qaydalarına uyğunlaşma, təhlükəsizlik və kosmos tibbi sistemlər məsələlərində də əməkdaşlıq nəzərdə tutulub. Bundan başqa, protokola əsasən laboratoriya və simülatör imkanları və ortaq dərs materiallarından qarşılıqlı istifadə mümükün olacaq.

Nərgiz Ehlamqızı