Azərbaycanlı 13 minlik otaq sifariş verib - Otel hələ açılmayıb

azerbaycanli-13-minlik-otaq-sifaris-verib
Oxunma sayı: 3108

Türkiyədə lüks otellər sırasında daha biri əlavə olunur. “Anex Tours” CEO-su Serhat Koçkar Bodrumda 170 milyon dollara “Lujo Hotel”ini açır.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, hələ apreldə xidmətə açılacaq otelin bəzi müştəriləri isə indidən otaq rezerv ediblər. Onların arasında azərbaycanlı iş adamının da olduğu bildirilir. 

Satış və marketinq direktoru Çağsal Kılıçkaya bildirib ki, azərbaycanlı iş adamı gecəsi 1400 TL-yə (təxminən 625 AZN) 21 günlük otaq sifarişi edib. 

Otel rəhbərliyi “Lujo Hotel”ini dünya markası etmək niyyətində olduqlarını açıqlayıb. Belə ki, yaxın illərdə otelin Dominik, İbiza,Tenerif və Dubayda da şöbələri açılacaq.