Azərbaycanlı aktrisalar podiuma çıxacaq

azerbaycanli-aktrisalar-podiuma-cixacaq
Oxunma sayı: 2821

Yazın ən dəbli hadisəsi – “Azerbaijan Fashion Week” baş tutacaq. 

"Qafqazinfo" xəbər verir ki, moda həftəsinin ilk günü, yəni 23 mayda Azərbaycanın tanınmış aktrisaları podiuma çıxacaq.

Elnarə Bəkirova imzalı geyimləri 14 yerli aktrisa nümayiş etdirəcək. “Kino kimi” adlı moda gecəsi Hollivud film təqdimatını xatırladacaq və  aktrisalar dünya film musiqiləri sədaları altında podiumda şou göstərəcəklər. 

Gecənin fəxri qonaqları sırasında Azərbaycanın tanınmış ulduzları yer alacaq. 

Qeyd edək ki, "Azerbaijan Fashion Week" ildə iki dəfə keçirilir. Ötən il iki mövsüm çərçivəsində Azərbaycan, Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstandan olan dizaynerlər iştirak edib.