Azərbaycanlı aktrisanın geyimi müzakirələrə səbəb oldu- - Fotolar

azerbaycanli-aktrisanin-geyimi-muzakirelere-sebeb-oldu-
Oxunma sayı: 21411


Ötən gün Mədəniyyət Televiziyasında yayımlanan serialdakı görüntü sosial şəbəkələrdə müzakirəyə səbəb olub. 

"Qafqazinfo" azxeber.com-a istinadən xəbər verir ki, görüntülərdə aktrisanın açıq-saçıq geyimi diqqət çəkib. Facebookda paylaşılan foto qısa zamanda geniş müzakirəyə səbəb olub. Facebook istifadəçilərdən bəziləri “Mədəniyyət” televiziyasında yayımlanan bu görüntülərin əleyhinə olduğunu bildirsə də, fikirlər birmənalı olmayıb. Belə ki, bəzi istifadəçilər bunun normal olduğunu və burada şişirdiləcək heç bir məqamın olmadığını yazıblar. 

Qeyd edək ki, Facebookda bu fotoya 1000-ə yaxın şərh gəlib, 112 nəfər isə şəkli paylaşıb.

Həmin görüntünü təqdim edirik: