Azərbaycanlı aktyor dünyasını dəyişdi

Azərbaycanlı aktyor dünyasını dəyişdi
Oxunma sayı: 5277

Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru Şahmar Qəribli vəfat edib.

“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, aktyor fevralın 16-da xəstəxanada dünyasını dəyişib.

Mərhum Kürdəmir rayonunda dəfn edilib.

Qeyd edək ki, Ş.Qəribli 1952-ci ildə anadan olub. 1971-1975-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsində təhsil alıb. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.

1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə “Lider” telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi