Azərbaycanlı alim 101 yaşında vəfat etdi

Azərbaycanlı alim 101 yaşında vəfat etdi
Oxunma sayı: 3363

Ölkə elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Azərbaycanın ilk informatiki, Əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı, akademik İsmayıl İbrahimov bu gün gecə saatlarında 101 yaşında vəfat edib.

Qafqazinfo” xəbər verir ki, İsmayıl Əli oğlu İbrahimov 1915-ci il dekabrın 31-də Ordubad şəhərində anadan olub. 1941-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu “Nəzarət-ölçü cihazları və avtomatika” ixtisası üzrə bitirən İsmayıl İbrahimov bu sahədə ilk ali təhsilli azərbaycanlı mühəndis olub.

Akademik həmçinin keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi Elmi-Texniki Şurasının neft bölməsinin üzvü, SSRİ Ali məktəb “Elmi xəbərləri”nin və “Neft və Qaz” ümumittifaq jurnalının baş redaktoru olub. İqtisadi riyazi üsulların və EHM-in tətbiqi əsasında xalq təsərrüfatının idarə edilməsi üzrə komissiyanın sədri kimi İ.İbrahimov xalq təsərrüfatının kompüterləşdirilməsinin əsasını qoyub.

Görkəmli tədqiqatçı 200-dən artıq elmi əsərin, o cümlədən 20-dən artıq monoqrafiya, dərslik, elmi-metodiki və tarixi kitabların müəllifi olub. Onun rəhbərliyi altında çoxlu sayda elmlər namizədi və doktoru hazırlanıb.

Mərhum bu gün saat 15:00-da II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi