Azərbaycanlı alimlər Türkiyədə elmi-praktiki konfransa qatılıblar

azerbaycanli-alimler-turkiyede-elmi-praktiki-konfransa-qatiliblar-
Oxunma sayı: 670

Təşkilatçısı Ankara Universiteti olan tədbirdə Azərbaycanı hüquqşünas alimlər Qafqaz Universitetinin və Bakı Dövlət Universitetinin Dosenti Mübariz Yolçiyev və Qafqaz Universitetinin dosenti Fuad Hüseynov və iqtisadçı alim, professor Həmzə Xəlilov təmsil edirlər.

Konfransın açılışında çıxış edən Ankara Universitetinin rektoru Prof.Dr. Cemal Taluğ, Türkiyə Respublikasının ekologiya və şəhər planlaşdırılması Naziri Erdoğan Bayraktar, Türkiyə Respublikasının ekologiya və şəhər planlaşdırılması nazirliyi tapu və kadastro idarəsinin direktoru Gökhan Kanal, layihənin idarəçisi Prof.Dr. Harun Tanrıvermiş bildiriblər ki, bu tədbirin iştirakçı ölkə universitetlərinin hüquqşünas alimlərinin əməkdaşlığı üçün mühüm əhəmiyyəti olduğu kimi, qloballaşan dünyada daşınmaz əmlak üzərində hansı ölkənin əcnəbilərə hansı hüquqlar vermiş olduğunun öyrənilməsi baxımından da mühüm əhəmiyyəti mövcuddur.

Azərbaycanlı alimlər məruzələrində ölkəmizdə hüquq və iqtisad elminin tarixi və bugünkü vəziyyəti, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində əldə edilmiş uğurlardan danışdıqları kimi, tarixi faktlar da nəzərə alınaraq ölkəmizdə ictimai mənafeyin qurunması üçün əcnəbilərə torpaq üzərində mülkiyyət hüququnun verilməmiş olmasının da məqsədə uyğun olduğunu qeyd ediblər.

Konfransın ikinci və üçüncü günü seçilmiş ölkələrdən gəlmiş hüquqşünas alimlərin məruzələrinin dinlənilməsi davam etdiriləcək.

Nigar Məmmədli