Azərbaycanlı aparıcı italyana ərə getdi - Fotolar

azerbaycanli-aparici-italyana-ere-getdi
Oxunma sayı: 5803

Azərbaycanlı aparıcı Sevda Güləhmədova İtaliya vətəndaşı Giovanni Tavolaroya ərə gedib.

“Qafqazinfo” xəbər verir ki, cütlüyün Bakıda məşhur hotellərdən birində keçirilən toy mərasimində onların ailə üzvləri və yaxın dostları iştirak edib.  

Qeyd edək ki, S. Güləhmədova “Antenn FM”, “ANS ÇM” və “Media FM”də dicey kimi fəaliyyət göstərib. O, bundan öncə ailəli olub, Rəsul adında 1 oğlu var.

Hazırda Sevda "Avtoradio" 107,7 FM-də səhər verilişi olan "Dayanacaq"ı məşhur DJ Teymurla bərabər aparır.

G. Tavolaro hazırda Bakıda fəaliyyət göstərən restoranların birində baş menecer işləyir.